Almaniya XİN Moskvanı Kiyevlə görüşməyə hazır olmağa çağırdı

0
135

 

Almaniyanın xarici işlər naziri Heiko Maas, “Norman formatı” sammiti ərəfəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin cəsarətini qeyd edərək, Moskvanı Kiyevlə görüşməyə hazır olmağa çağırdı.
“İllərlə hərəkətsiz qaldıqdan sonra, Prezident Zelenski, bütün daxili riskləri gözə alaraq, mümkün nəticələrlə birlikdə ilk addımı atmaq cəsarətini nümayiş etdirdi” – deyə, Maas bildirdi.
Qeyd edək ki, dekabrın 9-da Fransada “Norman formatında” sammit keçiriləcəkdir. Sammitdə Rusiya, Ukrayna, Fransa və Almaniyanın liderləri Vladimir Putin, Vladimir Zelenski, Emmanuel Makron və Angela Merkel iştirak edəcəklər. Ukrayna ilə bağlı bu danışıq formatı 2014-cü ilin iyunundan bəri fəaliyyət göstərir.