Lipetskdə güclü yanğın baş verib, ölənlər var

0
4085

 

Rusiyanın Lipetsk şəhərində yerləşən anqarda yanğın baş verib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Kovalev küçəsindəki yerləşən anqarda baş verən yanğın nəticəsində iki nəfər ölüb, yaralanan yoxdur. Hazırda baş verən yanğının qarşısı alınıb” – Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Məlumata əsasən, alovun ümumi sahəsi təxminən 100 kvadratmetr əhatə edib. Hazırda yanğının səbəbləri müəyyənləşdirilir.