Putin Normand formatlı sammitdə iştirak üçün Yelisey sarayına gəldi

0
198

 

Rusiya Prezidenti Vladimir Putin, “Normand formatında” dördüncü zirvə görüşünün başlayacağı Yelisey sarayına gəldi.
Sarayın həyətində Rusiya başçısı fəxri qarovul dəstəsinin yanından keçərək, Fransa prezidenti Emmanuel Makron ilə görüşdü.
Sammitdən əvvəl Putinin Almaniyanın Federal Kansleri Angela Merkel və Makronla danışıqları baş tutacaq. Bu görüşlərə yarım saat vaxt ayrılır.
Qeyd edək ki, “Normand dördlüyü” Moskva vaxtı ilə təxminən 18.00-da Yelisey Sarayının “Myurat” salonunda yığışacaq. İki saat yarımdan çox müddətdə liderlər Donbassdakı vəziyyəti müzakirə etməlidirlər. Danışıqlar zamanı Minsk razılaşmalarının həyata keçirilməsinə yönəldilmiş ortaq sənəd qəbul edilə bilər.
Mətbuat konfransından sonra Rusiya və Ukrayna prezidentləri ayrıca görüş keçirəcəklər.