Lavrov və Pompeo Ukrayna məsələsini müzakirə etdi

0
320

ABŞ dövlət katibi Mayk Pompeo, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ukrayna məsələsini müzakirə etdiyini bildirib. Vaşinqton rəsmisi Minsk razılaşmalarına əməl olunmasının vacibliyini vurğulayıb.
“Biz Ukrayna haqqında da danışdıq. Danışıqlarımızın çoxu rəsmi Kiyevlə bağlı olub. Cənab Lavrov Putinlə Zelenski arasında danışıqların aparıldığı Parisdən qayıdıb. Bu ölkənin təhlükəsizliyi və suverenliyi barədə də danışdıq. Həmçinin, Lavrova Krımın Ukraynaya aid olduğunu, həmçinin Minsk sazişlərinin müddəalarına riayət etməli və həyata keçirilməli olduğunu söylədim” –  ABŞ dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında deyib.