Parisdə Putinlə Zelenski arasında danışıqlar başa çatdı

0
110

Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin “Normand formatı” sammiti çərçivəsində danışıqları başa çatıb. Məlumata əsasən müzakirələr bir saat 20 dəqiqə davam edib. İki ölkə liderləri arasında danışıqlar “Norman format”ndaki zirvə görüşündən sonra baş tutdu. Medianın diqqəti məhz bu ikitərəfli görüşə yönəldilmişdi. Çünki Rusiya və Ukrayna liderləri heç görüşməyiblər, onlar yalnız bir neçə dəfə telefonla danışıblar.
Qeyd edək ki, bu ikitərəfli görüşdən sonra “Norman Dördlüyü” nün bütün liderlərinin jurnalistlərlə birlikdə mətbuat konfransına getmələri və nəticələri barədə hesabat vermələri gözlənilir.