Vaşinqtonda Lavrov və pompeo un görüşü başladı

0
101

Vaşinqtonda Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeonun görüşü başladı.
Xarici işlər orqanlarının və nümayəndə heyətlərinin rəhbərləri jurnalistlər otağa girəndə artıq danışıq masasında oturmuşdular. Amerika mediası nümayəndələrinin bir neçə sualı cavabsız qaldı. Gözlənildiyi kimi Lavrov və Pompeo danışıqlardan sonra jurnalistlərlə görüşəcəklər. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin rəhbərini ABŞ Prezidenti Donald Tramp qəbul edəcək.