Litva anti-Rusiya sanksiyalarının müddətinin uzadılmasını dəstəkləyəcək

0
201

Litva Prezidenti Gitanas Nauseda hesab edir ki, Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirməlidir ki, Minsk razılaşmalarının icrası üçün bir stimul olsun.
“Hesab edirəm ki, bu düzgün istiqamətdə atılan ilk addım idi, amma düşünürəm ki, nəticə əldə etmək üçün Rusiya ilə daha çox əməkdaşlığa ehtiyac var” – deyə, Litva Prezidenti Gitanas Nauseda Brüsseldəki sammitdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, o, “nikbin, lakin ehtiyatlıdır.”
“Sanksiyalar uzadılmalıdır, çünki indi Rusiyaya, bütün vədləri yerinə yetirmək üçün, motivasiya lazımdır” – deyə prezident əlavə edib.