Rusiya Suriyadakı 84 uşağı geri qaytarmağı planlaşdırır

0
194

Rusiya Suriyadakı münaqişə bölgəsindən olan 84 uşağı vətənlərinə qaytarmağı planlaşdırır. Bunu Rusiya Federasiyasının Uşaq hüquqları üzrə komissarı Anna Kuznetsova jurnalistlərə açıqlamasında deyib.
“Uşaqların sayı məlumdur, hazırda 84 uşağın qayıtmağını planlaşdırırıq. Bunlar Rusiya Federasiyası vətəndaşlarının sənədləri tərtib olunan, qohumları ilə şəxsiyyətləri məlum olan uşaqlardır. Prosesin necə təşkil olunduğunu bilirik ama, çox sayda fövqəladə vəziyyət var “- deyə Kuznetsova bildirib.
Qeyd edək ki, daha öncə Kuznetsova, Uşaq Ombudsmanı aparatının siyahısında olan və Suriyanın düşərgələrində və həbsxanalarında ola bilən 146 uşağın olduğunu açıqlayıb