Rusiya və Paraqvay gömrük sahəsində əməkdaşlıq müqaviləsi imzalayır

0
222

Rusiya və Paraqvay gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş bağlayır. bu barədə Rusiya Federal Gömrük Xidmətinin saytında məlumat verilib.
“Saziş hökumət səviyyəsində ilk Rusiya-Paraqvay müqaviləsidir və iki ölkənin gömrük orqanları arasında gələcək əməkdaşlıq üçün hüquqi əsas yaradır.” – deyə verilən məlumatda deyilir.
İki ölkə arasında müqavilə dekabrın 10-da Asunsion şəhərində imzalanıb.
Sənədi Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Vladimir İvin və Paraqvay Milli Gömrük İdarəsinin direktoru Xulio Fernandez imzaladılar.