Opel Rusiyada avtomobil satışını bərpa edir

0
354

PSA Peugeot Citroen, Rusiyada Opel modelli avtomobillərin satışının bərpa edildiyini elan edib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Eyzenak zavodunda istehsal olunan Grandland X krossoveri və Kaluqada istehsalına başlanan Zafira Life sərnişin mikroavtobusu sifariş etmək mümkün olacaq”- deyə, verilən məlumatda deyilir.
Qeyd edək ki, Opel markasına sahib olan General Motors şirkəti, markanın Rusiya bazarından 2015-ci ilin martında çıxdığını elan etmişdir.
2019-cu ilin fevral ayında PSA Opel-in Rusiya bazarına qaytarılacağını elan etdi.