Rusiyanın Baş nazirin müavini Suriyaya gəlib

0
157

Baş nazirin müavini Yuri Borisov Suriyaya iki günlük işgüzar səfərə gəlib.
Səfər çərçivəsində Borisov, prezident Bəşər Əsədlə görüş keçirəcəyini, Tartus limanını və kənd təsərrüfatı məhsullarının tədarükünü müzakirə edəcəyini bildirib.
“Səfər ikitərəfli hökumətlərarası komissiyanın iclası ərəfəsində keçirilir. Ticarət və iqtisadi məsələlər müzakirə ediləcək. Bunlar arasında: Rusiya tərəfindən icarəyə götürülmüş Tartus limanının fəaliyyət göstərməsi, Suriyanın kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü üçün gömrük güzəştləri – sitrus meyvələri, zeytun, zeytun yağı yer alır” – deyə, nazirlik aparatından verilən məlumatda deyilir.
Dəməşqə səfəri çərçivəsində Borisov, prezidentlə görüşdən əlavə prezidentin iş üzrə naziri Mansour Əzzam və Nazirlər Şurası sədrinin müavini, xarici işlər naziri və Hökumətlərarası Komissiyanın həmsədri Valid Muallem ilə də görüşlər keçirəcək.