Medvedev Belarus Baş naziri ilə inteqrasiya məsələlərini müzakirə edib

0
120

Rusiyanın baş naziri Dmitri Medvedev və Belarusun baş naziri Sergey Rumas arasında telefon danışığı baş tutub. Danışıq zamanı enerji sektorunda inteqrasiya və qarşılıqlı əlaqə məsələlərini müzakirə edilib. Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
“Rusiya Baş naziri Dmitri Medvedev və Belarusiyanın Baş naziri Sergey Rumas telefon danışığı zamanı Birlik Dövləti çərçivəsində Rusiya-Belarus inteqrasiya əməkdaşlığının mövzularını, həmçinin enerji sektorundakı bəzi əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar” – deyə Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Bundan əlavə, baş nazirlər təmasları davam etdirməyə razılıq verdilər.
Qeyd edək ki, telefon danışığı Belarus tərəfinin təşəbbüsü ilə baş tutub.