Putin mətbuat konfransı zamanı 77 suala cavab verib

0
90

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Ümumdünya Ticarət Mərkəzində geniş mətbuat konfransı zamanı 77 suala cavab verdi. Dövlət başçısının mətbuatla ünsiyyəti 4 saat 18 dəqiqə davam edib.
Bu müddət ərzində prezidentə 57 media nümayəndəsindən 80-ə yaxın sual verilib, onlardan 31-i qadın, 26-sı isə kişi olub. Doqquz nəfər xarici KİV-ləri, 48-i rusiya agentliklərini təmsil edib, bunlardan 22-si regional və 26-sı federal kiv nümayəndələri olub. Daha əvvəl Kreml bildirib ki, mətbuat konfransında iştirak etmək üçün 1.895 jurnalisti akkreditə edilib.
Qeyd edək ki, Putin 2001-ci ildə ilk prezidentliyi dövründə böyük mətbuat konfransları keçirmək təcrübəsini tətbiq etdib. Tədbirə maraq ildən-ilə artır. Keçən il tədbirə 1702, bir il əvvəl isə 1640 nəfər akkreditasiya alıb.