Rusiyada 33 terror aktının qarşısı alınıb

0
181

Rusiyada ilin əvvəlindən 33 terror aktının qarşısı alınıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.
“Bu gün xüsusi xidmət orqanlarının aydın, səmərəli və yaxşı əlaqələndirilmiş işi Rusiyanın təhlükəsizliyinin təmin olunmasında ciddi uğurlar əldə etməyə imkan verdi. Peşəkarlıqlarına, cəsarətlərinə və qətiyyətlərinə görə sizə və həmkarlarınıza təşəkkür etmək istəyirəm” – deyə, Kreml rəhbəri, Rusiyanın Təhlükəsizlik İşçiləri Günü münasibətilə təşkil olunan konsertin qonaqlarını salamlayarkən söyləyib.
Prezident qeyd edib ki, son illərdə terror xarakterli cinayətlərin qarşısı alınır. İlin əvvəlindən bəri 33 belə terror hadisəsi də daxil olmaqla 54 belə cinayətin üstü açılıb. Prezident həmçinin xüsusi xidmət orqanlarının dəqiq əməyi sayəsində Rusiyada genişmiqyaslı beynəlxalq tədbirlərin keçirildiyini də qeyd etdi.