ABŞ Maliyyə Nazirliyi Rusiya tərəfdaşları ilə yeni sanksiyaları müzakirə edəcək

0
4148

ABŞ Maliyyə Nazirliyi və Rusiya Federasiyasının Avropa tərəfdaşları şənbə günü “Şimal axını 2”-ə qarşı sanksiyalarla bağlı məsləhətləşmələr aparacaqlar. Bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Dmitri Kozak söyləyib.
“Bu gün ABŞ Maliyyə Nazirliyi ilə Avropalı tərəfdaşlarımız arasında bu sanksiyaların nə demək olduğunu aydınlaşdırmaq üçün məsləhətləşmələr keçiriləcəkdir. Bu məsələlər kifayət qədər aydın şəkildə ifadə edilməyib. Avropalılar anlamırlar, ilk növbədə bunun nə demək olduğunu anlamırlar. Bu məsləhətləşmələr bitdikdən sonra sanksiyaların mahiyyətini başa düşüləcək” – deyə Rusiya baş Nazirinin müavini bildirib.