Rusiya və Ukrayna Yeni ildən sonra birbaşa qaz tədarükünü müzakirə edəcəklər

0
219

Moskva və Kiyev Yeni il tətilindən sonra Rusiya qazının Ukraynaya birbaşa tədarükü məsələsinə qayıtmaq barədə razılığa gəlib.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Dmitri Kozak deyib.
“Yeni il öncəsi bütün bu problemlər həll edilməlidir ki, bu münasibətlərimizi zəhərləməsin. Qarşılıqlı iddiaları həll etmək, onları ləğv etmək lazımdır … İstehlakçılar üçün qazın daşınması və ən əsası, bütün qarşılıqlı iddia və tələblərin həlli ilə əlaqədar təcili məsələləri həll etməliyik.Yeni ildən sonra bu mövzuda danışacağıq. Bu barədə razılığa gəldik , bütün ehtimalları nəzərdən keçirəcəyik” – deyə, Kozak bildirib.