Lavrov və Çavuşoğlu arasında telefon danışığı baş tutub

0
252

Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu arasında telefon danışığı baş tutub. Danışıq zamanı Suriyanın İdlib və Liviyadakı vəziyyətini müzakirə edilib.
Bu barədə Türkiyə xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
“Bu gün nazirimiz və cənab Lavrov arasında telefon danışığı baş tutdu. İdlibdə və Liviyadakı vəziyyət müzakirə edildi” – deyə Türkiyə xarici işlər nazirliyi bildirib.
Qeyd edək ki, bir müddət öncə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Suriya ilə əlaqəli İdlibdəki hücumlarının qarşısını almaq üçün Rusiya ilə birlikdə çalışdığını bildirib.