Lukaşenko: Belarus tankları Moskvaya buraxmayacaq

0
111

Bu gün biz Rusiyanın tərəfdaşı olaraq qalırıq. Əlbəttə ki, tanklarla bu gün döyüşmürlər. Ya da müharibəyə tanklardan başlamırlar. Ancaq deyirəm ki, kimsə qəfildən Rusiya ilə müharibə etmək istəsə, geriyə bir addım da atmayacağıq” – deyə Lukaşenko “Exo Moskvı” radiosuna müsahibəsi zamanı deyib.
“Lukaşenko, həmçinin xatırladıb ki, hazırda Rusiya Federasiyasının iki hərbi obyekti Belarus ərazisində yerləşir və Minskə onların yerləşdirilməsinə görə heç bir haqq ödəmir. “Belarusiya ərazisində iki Rusiya hərbi bazası var. Sovet İttifaqının dağılmasından sonra bu müddət ərzində bu bazalar üçün nə qədər pul ödəmisiniz? Bu sirr deyil. Sıfır. Yalnız Baykonurdan raketlər göndərmək üçün 200 milyon dollar ödənilir.