Rusiya və Ukrayna parlamentlərinin nümayəndələri Avropada görüşə bilər

0
1288

Rusiya Federasiyası və Ukrayna parlamentlərinin nümayəndələrinin “daha geniş” görüşü Avropada keçirilə bilər. Bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə münasibətlər komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.
Qeyd edək ki, bir müddət öncə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Ukraynanın Ali Radasının millət vəkili, “Müxalifət Platforması – Həyat Naminə” partiyasının lideri Viktor Medvedçuk danışıqlarda Rusiya və Ukrayna parlamentarilərinin “daha geniş tərkibdə” görüşü barədə razılığa gəliblər.