Gürcüstan Rusiya ilə birbaşa danışıqların tərəfdarıdır

0
4142

Gürcüstanın “Demokratik Hərəkat – Vahid Gürcüstan” partiyasının lideri Nino Burjanadze Rusiya ilə Gürcüstan arasındakı münasibətlər barədə Norman formatında danışıqlar aparmaq fikrinə qarşı çıxdı. Onun sözlərinə görə, ölkələr arasında birbaşa dialoq olmalıdır.
“Prezident və ya bu rəhbərlikdən kimsə həqiqətən gürcü-rus münasibətlərində yeni bir mərhələyə başlamaq istəyirsə, bunun üçün birbaşa dialoqa başlamalıdır. Dialoq güzəştə getmək demək deyil, dialoq bir dövlətin öz maraqlarından imtina etmək demək deyil. Rusiya rəhbərliyinə yeni Norman formatını yox, ancaq birbaşa dialoq təklif etməliyik” – deyə Burjanadze bildirdi.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın Birinci kanalına verdiyi müsahibədə Norman kimi bir formatın Gürcüstan üçün faydalı olacağını bildirib.