Virusla effektiv mübarizədə Moskva meqapolislər arasında ikinci yeri tutur

0
106

Moskva, Ali İqtisadiyyat Məktəbinin apardığı bir araşdırmanın nəticələrinə görə, 2020-ci ilin yanvar-fevral ayları ilə 2021-ci ilin may ayına qədər olan dövrdə koronavirus pandemiyasına qarşı mübarizədə effektivliyinə görə 19 dünya meqapolisləri arasında ikinci yeri tutur.

Koronavirus dövrü ərzində iqtisadi siyasətin effektivliyini qiymətləndirmək üçün səhiyyə sahəsindəki vəziyyəti, iqtisadi fəaliyyətin və sosial sahənin bərpasını və büdcə sisteminin sabitliyini xarakterizə edən üç alt indeksdən ibarət bir kompozit indeks hesablanıb.

Sinqapur reytinqdə birinci yeri, Şanxay, Seul və Pekin də ilk 5-də qərarlaşıb.