Nikita Mazepin: “Azərbaycan Qran-prisində daha yaxşı çıxış edəcəyik”

0
105

“Monako Qran-prisində sonuncu olsaq da, çıxışımızdan razıyam. Çünki orada elə də çox şansımız yox idi. Sadəcə, gücümüz çatmadı”.

Bu fikirləri “Formula 1″də çıxış edən “Haas” komandasının pilotu Nikita Mazepin son yarışdakı uğursuzluğu barədə danışarkən deyib.

Rusiyalı sürücü Azərbaycan Qran-prisində daha yaxşı mübarizə aparacaqlarını bildirib: “Bakıda vəziyyət fərqli olacaq. Çünki orada trek baş cürdür. Azərbaycanda daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçiriləcək.