Xarici İşlər Nazirliyi Burkina Fasoda baş verən kütləvi qətli qınadı

0
192
Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi məlumata görə, Moskva Burkina Fasodakı qətliamı qətiyyətlə pisləyir və dünya birliyinin beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərini artırmağa çağırır.
Daha əvvəl silahlı şəxslərin şənbə günü Burkina Fasonun şimalındakı bir kəndə hücum etdikləri bildirilmişdi . Son məlumatlara görə, hücumda təxminən 170 nəfər ölüb. Ölkədə üç günlük matəm elan edilib..