Rusiya mətbuatında işğaldan azad edilmiş ərazilərimizin turizm potensialından bəhs edilib

0
119

Soydaşlarımızın təşəbbüsü ilə Rusiyanın “Business-Dialog Media” qrupunun http://www.rbgmedia.ru saytında “Azərbaycanda turizm üçün hər zaman böyük potensial olub və olacaq” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycanın bir çox turizm növləri üzrə potensialı olduğu və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi haqqında məlumat verilib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərimizdə də turizmin inkişaf etdirilməsi prioritetdir. Yazıda işğaldan azad olunmuş ərazilərdə hələ Sovet hakimiyyəti illərində beynəlxalq turist marşurutlarına daxil edilmiş ən mühüm turizm mərkəzlərinin olduğu vurğulanıb.

Müəllif Kəlbəcər rayonundakı “İstisu” sanatoriya kurort mərkəzi, Azıx mağarası, Xudafərin körpüsü və s. haqqında geniş məlumat verərək yaxın gələcəkdə bu ərazilərin regionun əsas turist marşurutlarından olacağını qeyd edib.
Bildirlib ki, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişaf strategiyası və siyasəti hazırlanır: “Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur. Son təhlillərin nəticəsi göstərir ki, Azərbaycanın turizm sektoru, bütövlükdə, yüksəliş dövrünü yaşayır. Azərbaycan dünyanın, demək olar ki, hər bir ölkəsindən turistlər qəbul edir. İşğaldan azad edilmiş ərazilərin turizm potensialı isə bu sahənin büdcə gəlirlərində payının daha da artmasına kömək edəcəkdir”.