Putin Rusiya və Ukraynanın həmişə birlikdə güclü olacağına inanır

0
47

Rusiya Prezidenti Vladimir Putin, Rusiya ilə Ukraynanın eyni xalq olduqları üçün birlikdə güclü və daha uğurlu ola biləcəyini söylədi

Rusiya prezidenti Vladimir Putin “Ruslar və Ukraynalıların Tarixi Birliyi haqqında” məqaləsi Kremlin saytında dərc edildi. Rus lider yazdığı məqalədə “mənəvi, bəşəri və sivilizasiyalı əlaqələrimiz əsrlər boyu formalaşmış, ümumi sınaqlar, uğurlar və qələbələr yolu ilə yoğrulmuş eyni mənbələrə əsaslanır. Qohumluğumuz nəsildən-nəslə ötürülür. Bu müasir Rusiyada və Ukraynada yaşayan insanların ürəyində və xatirələrində, milyonlarla ailəmizi birləşdirən qan bağlarında təcəssüm tapıb. Biz həmişə birlikdə güclü və daha uğurlu olmuşuq və olacağıq. Çünki biz bir xalqıq ” dedi.

Rusiya və Ukrayna arasındakı gərginlik illərdir dəvam edir.