Moskva xəstəxanalarına gündə 1072 nəfər Covid-19 xəstəsi yerləşdirilir

0
38

Moskvada hər gün 1000-dən çox koronavirus xəstəsinin xəstəxanaya yerləşdirildiyi, 552 nəfərin mexaniki ventilyasiyada olduğu və Moskva əməliyyat mərkəzinin koronavirusla əlaqədar vəziyyəti  izlədiyi bildirildi.
Mərkəzin verdiyi açıqlamada, “Moskvada 2623 yeni koronavirus infeksiyası hadisəsi təsbit edildi. Gündə 1072 nəfər xəstəxanaya yerləşdirildi. 552 nəfər mexaniki ventilyasiyadadır” deyilir.
Həmçinin şəhərdə, koronavirus infeksiyası ilə müalicə olunan 4912 xəstə sağalıb. İnfeksiyadan qurtaran insanların ümumi sayı 1 341 106 nəfərə çatıb. Paytaxtda 98 xəstə dünyasını dəyişib, hamısına sətəlcəm diaqnozu qoyularaq COVID-19 müsbət göstərildi.