Ədalətli Qələbə

0
1917

Ədalətli Qələbə.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Zəfər Qurultayındakı nitqi xüsusi vurğulanmalıdır. İlk növbədə, nitqində söylədiyi fikirlər Prezident cənab İlham Əliyevin Şuşanın və Azərbaycanın son 250 illik tarixinin ən mühüm məqamlarına, eləcə də işğala aparan proseslərə, işğal dövründə baş verən hadisələrə, 44 günlük Vətən müharibəsinə, müharibədən sonrakı planlara və sülh quruculuğu perspektivlərinə dair həm icmal xarakterli, həm də dəqiq qiymətləndirməyə əsaslanan baxışını əks etdirir. Şuşa azərbaycanlılar üçün böyük mənəvi dəyərə malikdir. Prezident cənab İlham Əliyev çıxışında bu məqama toxunaraq qeyd etdi ki, tarixin müxtəlif dövrlərində Şuşanın erməniləşdirilməsinə yönəldilmiş böyük səylərə, xüsusən də onun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə qatılmasına, 28 il işğal altında saxlanmasına baxmayaraq, Şuşa milli ruhunu qoruyub saxladı. Məhz milli ruhumuzun daşıyıcısı olduğu üçün mədəniyyət beşiyimiz adlandırılan Şuşa Azərbaycan mənəviyyatında özünəməxsus yer tutan mədəniyyət və mənəviyyat şəhərimizdir. Şuşa həm də Qarabağın rəmzidir və cənab Prezidentin istinad etdiyi kimi, Kürəkçay müqaviləsində Qarabağ xanı “Şuşalı İbrahimxəlil xan” kimi qeyd olunur. Təsadüfi deyil ki, Şuşa azad olunduqda cəmi bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Çünki tarix sübut edib ki, Şuşa kimindirsə, Qarabağ da onundur.

Azərbaycan Respublikasının Prezidenti qeyd etdi ki, işğal dövründə Şuşada cəmi 1800 nəfər erməni yaşayıb və onlar da hərbçilərdən və onların ailələrindən ibarət olub. Bu, Şuşanın azərbaycanlılar üçün mənəvi gücünü göstərir. Çünki Şuşanın hər daşı, hər qayası, hər küçəsi, hər bulağı Azərbaycandan xəbər verir, Azərbaycana məxsusluğunu göstərir. Bu baxımdan təsadüfi deyil ki, Şuşadakı bulaqlar işğal dövründə qurudulmuşdu və Şuşa azad olduqdan sonra həmin bulaqlar yenidən bərpa olunur. Çünki azərbaycanlılar Şuşaya – doğma Vətənə qayıdır.

 

Nağıyev Abbas – Zərdab rayonu, Dəli Quşçu kənd sakini, ağsaqqal