Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir

0
1692

Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir.

Pezident cənab İlham Əliyevin dünya azərbaycanlılarının ikinci, üçüncü və dördüncü  qurultaylarında  etdiyi çıxışlar müxtəlif ölkələrdən gəlmiş soydaşlarımızın yaxşı xatirəsindədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 16 il əvvəl, 2006-cı il martın 16-da ilk dəfə dövlət başçısı kimi çıxış etdiyi Dünya Azərbaycanlılarının II Qurultayında demişdi: “Biz Dağlıq Qarabağın heç vaxt – nə bü gün, nə sabah, nə 10 ildən sonra, nə də 100 ildən sonra Azərbaycandan ayrılmasına razılıq verməyəcəyik”.  Eyni zamanda dövlət başçısı danışıqlara da toxunaraq bəyan etmişdi ki, bu proses əbədi ola bilməz, çünki Azərbaycan xalqının və iqtidarının səbri tükənir.

Dünya Azərbaycanlılarının III Qurultayında da Prezident cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.  IV Qurultaydan bir neçə ay əvvəl isə Aprel döyüşləri baş vermişdi və görünən o idi ki, cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz tezliklə torpaqlarımızı işğaldan azad edəcək.  Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dedi və etdi. Bu illər ərzində inkişaf edən, güclənən Azərbaycan dövləti Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi. Bu Zəfərlə Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, xalqımızı qürurlandırdı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı fərəhləndirdi.

Bu gün Ulu Öndərin ruhu şaddır. Ona görə ki, artıq torpaqlarımız azaddır və onun layiqli davamçısı olan Prezident İlham Əliyev növbəti qurultay üçün Azərbaycana gəlmiş soydaşlarımızı bu dəfə Şuşada salamladı.

Zeynalov Səlim – Zərdab rayonu, Dəkkoba kənd tam orta məktəbinin direktoru