Tam əminliklə deyə bilərik ki, dünya azərbaycanlılarının həmrəyliyi qələbə ilə yekunlaşdı

0
1904

Tam əminliklə deyə bilərik ki, dünya azərbaycanlılarının həmrəyliyi qələbə ilə yekunlaşdı

 

“Dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələrinin, rəhbərlərinin Azərbaycanda, doğma torpaqlarında, Şuşada bir araya gəlmələri çox əlamətdar hadisədir”. “O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülüb, ölkəmiz daha da güclənib, nüfuzunu artırıb, ərazi bütövlüyünü təmin edib. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Tarixə düşən bu sevindirici gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun nailiyyətidir”. Deputat vurğulayıb ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli olacaq:

“Beləliklə, Azərbaycanda son illər ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün Azərbaycan müxtəlif ölkələrdə hər hansı bir tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilir. Dünya Azərbaycanlılarının V Qurultayı tarixə qızıl hərflərlə yazıldı və bu görüşdə səslənən fikirlər, aparılan müzakirələr dövlətimizin imkanlarını daha da genişləndirdi.

Tam əminliklə deyə bilərik ki, dünya azərbaycanlılarının həmrəyliyi qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir amal, bir hədəfə çatmaq üçün çalışırdıq. 44 günlük Vətən müharibəsi zamanı olan bu birlik bundan sonra da davam etməlidir. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi və biz bunu bacardıq, indi qarşıda başqa vacib məsələlər durur ki, biz bütün dünya azərbaycanlıları birləşib həmrəy olaraq bu vəzifələri də layiqincə yerinə yetirəcəyik”.

“Postmüharibə dövründə birgə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Bu işdə dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımıza və diasporalarımıza böyük iş düşür. Onlar əllərindəki bütün resurslardan istifadə edərək dünyaya car çəkməlidirlər ki, bu torpaqlar Azərbaycanındır. Dünyanın ədalətli mövqeyi hər şeydən əvvəl dövlətimizin, azərbaycanlıların fəaliyyətindən asılı idi. Bu gün dünya reallığı bunu qəbul etdi. Elə bir mövqe sərgilənməlidr ki, ermənilər bir daha Qarabağ adını çəkməkdən belə ehtiyat etsin. Bu sahədə diasporalarımızdan böyük işlər gözləyirik”.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru