Veteran cüdoçu 10-cu dəfə dünya çempionu oldu

0
41

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən Dünya çempionatında qızıl medal qazanıb.

Yeniavaz.com xəbər verir ki, M7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycan təmçsilçisinin usta cüdoçular arasında dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.