Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib

0
1930

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib

Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası regionların davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verir. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində görülən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir. Eyni zamanda, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, müasir standartlara cavab verən yolların istifadəyə verilməsi dövlətimizin sosial sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq Azərbaycanda avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artmaqdadır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Məhz bunun nəticəsində şəhər və rayonlarımızda yol infrastrukturu əsaslı şəkildə yenidən qurulub. Ölkəmizin digər bölgələri ilə yanaşı Vətən müharibəsi nəticəsində öz tarixi sahibinə qayıdan ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri xüsusi ilə işğaldan azad edilmiş şəhər və rayonlarımıza müasir standartlara cavab verən yolların çəkilməsi doğma Qarabağımızın uğurlu inkişafına təkan verir. Vətən müharibəsindən sonra qısa müddət ərzində yeni nəqliyyat-kommunikasiya xətlərinin inşası və tarixən mövcud olmuş yolların bərpası da yenidənqurma işlərinin aparılması, Zəfər yolunun inşa edilməsi bölgənin inkişafında xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə qeyd olunan istiqamətlərdə həyata keçirilən işlər Qarabağın potensial imkanları ilə Azərbaycanın iqtisadi inkişafına davamlı töhfələr verməklə yanaşı, dünyanın diqqətini də özünə cəlb edəcək, iqtisadiyyatımızın şaxələndirilməsini daha da sürətləndirəcək.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi – Ələkbər Kərimov