Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövləyin mütləq prioritetidir

0
1585

Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövləyin mütləq prioritetidir.

 

Xalqımız bu günlərdə böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi. Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı olub. Bu kateqoriyadan olan insanlar hər zaman dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar. Bu yanaşma özünü daha qabarıq formada İkinci Qarabağ savaşında daha açıq büruzə verdi. Bu Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.

Hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır. Bu deyilənlərin hamısı Cənab Prezident İlham Əliyevin sosialyönümlü siyasətinə daim sadiq olduğunun bariz nümunəsidir.

Biz qətiyyən unutmamalıyıq ki, Vətən müharibəsində əldə edilmiş möhtəşəm tarixi Qələbəyə görə biz hamımız ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq. Cənab Ali Baş Komandanımızın da dediyi kimi, bu Qələbə bizə şəhid və qazilərimizin canları, qanları bahasına başa gəlib.

 

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli