Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

0
1531

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti.

Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

Artıq həllini tapmış Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək lazımdır. Tarixi faktlar göstərir ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb. XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının şəxsi siyasi maraqlarına xidmət etmişdi.1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xan və Rus imperatoru Sisianov arasında Kürəkçay müqaviləsi imzalandı. Bu müqavilə ilə Qarabağ xanlığı Rusiyanın hakimiyyəti altına keçdi. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı.

Qarabağ münaqişəsi nəticəsində  20 faiz ərazisi işğal olunmuş, 1 milyon insanı məcburi köçkünə çevrilmiş tərəf kimi Azərbaycanın Minsk qrupundan qanuni və haqlı gözləntilərini lap əvvəldən bu qurumun həmsədrlərinin öz aralarındakı qeyri həmrəyliyi, bir-birinə qarşı hegemon mövqeləri və münaqişə tərəflərinə subyektiv münasibətləri ciddi şübhə altına almışdı. Qarabağ davasının alovlanmasına imkan yaratmış SSRİ superdövlətinin varisi olan birinci həmsədr dövlət Rusiyanın münaqişənin həlli ilə bağlı daim üstün mövqe sərgiləməsi, Cənubi Qafqazdakı bu qarşıdurmadan regionda təsirinin güclənməsi vasitəsi kimi yararlanmağa çalışan ikinci həmsədr ABŞ-ın, hər şeydən Əvvəl, öz maraqlarını önə çəkməsi, təpədən-dırnağa qədər ermənipərəst ölkə olan üçüncü həmsədr Fransanın isə Azərbaycana birtərəfli və əsasən qərəzli münasibəti ATƏT-in Minsk qrupunun fəaliyyətini 28 il imitasiyalar silsiləsinə çevirdi.

Azərbaycan dövlətinin rəhbərləri – ümummilli lider Heydər Əliyevin və Prezidentimiz cənab  İlham Əliyevin bu qurumun aldadıcı, konkret nəticəyə yönəldilməyən təsirsiz fəaliyyəti barədə davamlı xəbərdarlıqlarına baxmayaraq, Minsk qrupu bu mövqesizliyi ilə Ermənistanın açıq-aşkar işğalçılıq siyasətinin davam etməsinə şərait yaratdı, öz işində nəinki illəri, eləcə də on illəri bir-birinin ardına düzdü. Nəhayət Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 27 ildən bəri icrasız qalmış 4 qətnaməsinin və öz ərazi bütövlüyünü təmin etmək barədə beynəlxalq hüququn verdiyi mötəbər əsaslarla işğalçı Ermənistanın silahlı birləşmələrini əzərək Qarabağdan qovub çıxardı. Bununla Minsk qrupunun on illər boyu uzadıb həll etmədiyi Qarabağ münaqişəsinə hərbi yolla son qoyuldu və bu qurumun mövcudluğuna isə bir ehtiyac qalmadı.

Azərbaycan dövlətinin rəhbərləri – ümummilli liderimiz  Heydər Əliyevin və Prezidentimiz cənab  İlham Əliyevin bu qurumun aldadıcı, konkret nəticəyə yönəldilməyən təsirsiz fəaliyyəti barədə davamlı xəbərdarlıqlarına baxmayaraq, Minsk qrupu bu mövqesizliyi ilə Ermənistanın açıq-aşkar işğalçılıq siyasətinin davam etməsinə şərait yaratdı, öz işində nəinki illəri, eləcə də on illəri bir-birinin ardına düzdü. Nəhayət Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 27 ildən bəri icrasız qalmış 4 qətnaməsinin və öz ərazi bütövlüyünü təmin etmək barədə beynəlxalq hüququn verdiyi mötəbər əsaslarla işğalçı Ermənistanın silahlı birləşmələrini əzərək Qarabağdan qovub çıxardı. Bununla Minsk qrupunun on illər boyu uzadıb həll etmədiyi Qarabağ münaqişəsinə hərbi yolla son qoyuldu və bu qurumun mövcudluğuna isə bir ehtiyac qalmadı.

Azərbaycan Prezidentinin bölgəmizdə dayanıqlı sülhün bərqərar edilməsi uğrunda apardığı gərgin mübarizə də dünyada rəğbətlə qarşılanır. Hərçənd hələ də Ermənistanda revanş arzusunda olanlar, xam xəyallarla yaşayanlar var. Dövlətimizin başçısının bu günlərdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində Belçika Krallığının paytaxti Brüsseldə keçirdiyi görüşlər onun sülh təşəbbüslərinin Avropa məkanında qəbul edildiyini, üstəlik, ermənilərin inzibati mövcudluğunu çoxdan itirmiş ərazinin “statusu” barədə ümidlərinin tamamilə puça çıxdığını bir daha təsdiqlədi.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi – Alim Qasımov