Xalq qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz lideri Heydər Əliyevi Bakıya dəvət etdi

0
1253

Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz lideri Heydər Əliyevi Bakıya dəvət etdi

Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideriUlu öndər Heydər Əliyevi dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupuUlu öndər Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-daUlu öndər Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürənUlu öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda keçirilən hər seçki müstəqil Azərbaycan dövlətinin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir. 1993-cü ildən ölkəmizdə keçirilmiş iki referendum, dörd prezident, üç parlament, iki bələdiyyə seçkisi Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanmışdır. Ötən illərdə ölkədə keçirilmiş hər bir seçkinin əvvəlki illə müqayisədə irəliyə doğru addım olduğunu beynəlxalq təşkilatların rəylərinin müqayisəli təhlili də birmənalı sübuta yetirir.Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir.

Ulu Öndər Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət parlaq günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Ulu öndər Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır.

Elvin Xəlilov-Zərdab rayonƏlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru