Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil

0
1457

Bu günə qədər ölkəmizin həyata keçirdiyi siyasi və iqtisadi fəaliyyət nəticəsində Ermənistan tam blokadaya alınıb: “İqtisadi layihələr Ermənistandan yan keçib. İllər ərzində Azərbaycan Ermənistanı bütün regional layihələrdən kənarda qoyub. Enerji daşıyıcıları məsələsində də Ermənistan tam təcrid olunub. Ermənistan bu illər ərazində işğala son qoyaraq konstruktiv yanaşma sərgiləsəydi bu layihələrdə onun da iştirakı labüd idi”.

Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. Kommunikasiyaların açılması təmin olunur. 3 tərəfli razılaşmada həmçinin Zəngilan-Meğri-Naxçıvan dəhlizinin də istifadəyə verilməsi nəzərdə tutulur. Bu dəhlizin istifadəyə verilməsi Azərbaycanı Naxçıvanla quru yolla birləşdirəcək. Bu, yeni tranzit layihələrinin meydana gələməsini təmin edəcək. Layihənin icrası ilə Azərbaycan birbaşa qardaş Türkiyəyə çıxış qazanacaq. Ermənistan bundan sonra səmimi qonşuluq prinsiplərinə riayət edəcəyi təqdirdə onun bu kommunikasiyalardan yararlanması mümkün ola bilər”.

Quru və dəmir yolları vasitəsi ilə Türkiyə və Avropaya çıxışın təmin olunması regionda yeni imkanlar qazandıracaq: “Azərbaycan regional əməkdaşlığa üstünlük verib. Gələcəkdə regionda daha əlverişli mühitin yaradılması və bütün komunikasiyaların açılması ölkələrin potensial inkişafına töhfə verəcək”.

 

Zərdab rayon Körpükənd kənd tam orta məktəbin müəllimi- Mustafayeva Sevda