Əmlak Komitəsinin özəlləşdirmə çeklərini adi kağız kimi qələmə verməsi cinayətdir

0
1651

Əmlak Komitəsinin özəlləşdirmə çeklərini adi kağız elan etməsi xalqa və Cənab Prezidentə qarşı cinayətdir. Bu cinayət əməli Əmlak Komitəsinin məmurlarına sərf etdiyi üçün bu gün də xalqı aldadaraq özəlləşdirmə çeklərini qara bazarda yığmağa davam edirlər. Bütün günahları fərmanla əlaqələndirərək prezidentin üzərinə atmaqdansa, Konstitusiyaya uyğun olmayan qanunları qəbul edən səlahiyyətli şəxslərin səhvlərinin aradan qaldırılması, qanunların icrasına nəzarət edilməsi, xalqın mənafeyinə ziyan vuran əməllərin yüksək tribunadan səsləndirilməsi və Konstitusiya Məhkəməsinə müraciət etmək deputatların vəzifə və borcudur.

Bəs baş nazir və nazirlərin bu cinayətlərdə əlləri varmı?

Baş nazir 20 ildir Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının əsasnaməsini qəsdən hazırlamayıb. Əsasnamə olmadığına görə Komissiyanın sədri kimi özü və üzvləri olan nazirlər məsuliyyətdən kənarda qalıblar. Nəticədə bütün məsuliyyəti Cənab Prezidentin üzərinə atırlar. Baş Nazirin Mərkəzi Banka göstərişindən belə məlum olur ki, qiymətli kağızların alqı-satqısı və dövriyyəsi ancaq qanunla tənzimlənməlidir. 2000-ci ildə Yeni Dövlət Özəlləşdirmə Proqramı Qanunla qəbul olunmalı idi. Əvvəlki qanunla qoyulmuş qaydanı 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul edilən zaman dəyişdirilərək fərmanla təsdiqlənməsi haqqında Maddə əlavə edildi.

Özəlləşdirmə çekləri qiymətli kağızlar olduğuna görə Mülki Məcəllə ilə mülkiyyət hüququna malik olması təsdiqlənir. Mülkiyyət hüququ istifadə, sahiblik və sərəncam vermək kimi sahələri ancaq qanunla tənzimləyir. Yəni bunların dövriyyəsi və dövriyyədən çıxarılması ancaq qanunla baş verə bilər. Deməli, fərmanla tənzimlənmə Konstitusiyaya və Qanunlara ziddir, Konstitusiyanın 109 maddəsində əmlaklar və qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi prezidentin səlahiyyətlərinə aid deyil. Ümumilikdə Özəlləşdirmə Proqramı Əmlak bölgüsü (Miras Əmlak Payı) və mülkiyyət hüququ ilə əlaqədar olduğundan Özəlləşdirmə Proqramı da ancaq qanunla tənzimlənməlidir. Dövlətin iqtisadi, sosial siyasəti Konstitusiyaya uyğun və qanunlarla tənzimlənir.

Konstitusiyadan kənar belə səlahiyyətlət oliqarx məmurlar tərəfindən PA hüquqşünaslarının köməkliyi ilə Cənab Prezidentin və vətəndaşların mənafelərinin əleyhinə məharətlə istifadə olunur. Əlbəttə, bu cür konstitusiyadan kənar əlavə səlahiyyət verən qanun maddəsi və fərman bəndi prezidentə lazım deyil. Bu, bəzi oliqarx deputatlar, məmur və hüquqşünasların xalqa məxsus əmlaklarını öz çirkli pulları ilə ələ keçirmək hiyləsidir. Onlar prezidenti aldadaraq qol çəkdirdikləri bəzi fərmanlarla baş verə biləcək bütün məsuliyyəti ölkə başçısının üstünə atırlar. Hüquqşünas alimlərin elmi-praktiki araşdırmasından məlum olur ki, hələ 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul olunan zaman Prezident Adminstrasiyası başçısınin köməyi ilə yeni təyin olunmuş Əmlak Məsələləri Komitəsinin rəhbəri oliqarx məmurlar vasitəsilə o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək “Özəlləşdirmə haqqında” qanuna Konstitusiyanı pozan və qanunlara zidd səlahiyyətlət verməklə, öz məqsədləri üçün istifadə ediblər. Belə Fərmanları imzalatdıranların məqsədi prezidentə əlavə səlahiyyətlər vermək deyil, əsas məqsəd Konstitusiya, qanunları və beynəlxalq insan hüquqlarını pozmaqla özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurlar gələcəkdə öz cinayətlərini Cənab Prezidentin üzərinizə qoymaq hiyləsi dayanır. Ulu Öndər Heydər Əliyevin və dövlətin siyasətinin, tarixi sosial ədalət yolunun pozulması, həm də Konstitusiya və qanunların, Beynəlxalq İnsan Hüquqlarının pozulması faktlarının cinayət olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9 və 11-ci maddələrində öz əksini tapır.

Çoxsaylı ziyalıların, akademik və professorların, deputatlar və hüquqşünas alimlərin mətbuat vasitəsi ilə bu səhvlərin aradan qaldırılması üçün çağırışlar etməsinə baxmayaraq, Cənab Prezidentə düzgün məlumat çatdırılmır. Özəlləşdirmə çeklərinə düşən inflyasiyadan qorunan əmlak payı ekvivalenti qədər vətəndaşlara kompensasiya verilmədən 12 ildir özəlləşdirmənin aparılması Konstitusiya və qanunlara tam ziddir. Əmlak Komitəsi məmurları cinayətkar edərək Prezidenti və salqı aldatdıqları bəs deyilmiş kimi, hətta həyasızlıq edərək Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş addım kimi dəyərləndirir və vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırır. “Bu cür əsassız məlumatları yayanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq” yazaraq mətbuatda açıq surətdə Konstitusiya və qanunlara əməl edərək işi araşdırmaq əvəzinə vətəndaşları, ziyalıları, deputatları və hüquqşünasları hədələyirlər.

Oxuyun:
https://qafqazinfo.az/…/meshur-ceklerin-20-mine…

28 mart 2022 https://az.trend.az/business/3573906.html

Fərmanla özəlləşdirmə çeklərinin 2011-ci ildə tədavülü başa çatdıqdan sonra Əmlak Komitəsi yazdığı kimi 2011-ci il 1 yanvar tarixindən sonra özəlləşdirmə çekləri heç bir hüquqi əhəmiyyəti olmayan adi kağız parçasıdırsa, bu halda Nazirlər Kabinetindəki və Prezident Aparatındakı hüquqşünaslar axmaqdırlar, yoxsa Prezidenti,Baş Naziri aldadıblar? Əmlak Komitəsi xalqı nə vaxta qədər aldadıb 25 ildir böyük ümidlə saxladığı çekləri ucuz qiymətə satmağa məcbur edəcək? Əsas odur ki, bu tarixdən sonra birbaşa həm Cənab Prezident Özəlləşdirmə Çeklərini tənzimləyən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə, həm də Baş nazir “Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il də qərar verib.

Məmurların özbaşınalığı və sadə vətəndaşlara belə psixi və mənəvi təzyiqi nəticəsində bəzi vətəndaşlar ailələrinin 25 ildir ümidlə saxladıqları özəlləşdirmə çeklərini adi kağız parçası – suvenir kimi 28 may Metrosundakı Əmlak Komitəsi məmurlarının nəzarət etdikləri qara bazara satırlar. Qanunla Miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi özəlləşdirmə çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% Əmlak Payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə sata bilməz. İnvestor qanunla ödəmənin ən azı 65%-ni özəlləşdirmə çeklərinin nominal dəyəri ilə etməlidir. Prezidenti və Xalqı aldadan məmurların cəzası ağır olacaq.

Bütün hüquqi Faktlar buradadır: https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Ulu Öndər Heydər Əliyevin dövlətçiliyə və xalqa olan münasibəti özünü özəlləşdirmə məsələsinə böyük həssaslıqla yanaşmasında öz əksini tapır. Xalqının qeyrətli oğlu kimi tarixi sosial ədalət prinsipini əsas tutaraq kapitalizmə dinc keçid üçün 1997-ci ilə qədər anadan olan bütün ölkə vətəndaşlarına bərabər mülkiyyət olmaqla, Miras Əmlak Payını dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə verdi. Özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi. Hələ 1997-ci ildə Əmlak Komitəsi hər Özəlləşdirmə Payına ( 4 çek) düşən dövlət əmlak ekvalentinin ən azı 2000$ olduğunu öz 222 N-li əmri ilə təsdiqlədi. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi.

Ulu Öndər Heydər Əliyevin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün Qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər. Cənab prezidenti aldatmaqla, gələcəkdə vətəndaş qarşıdurması yaratmaq, xalqda hakimiyyətə və məmurlara qarşı nifrət, vətəndaşlarda və xarici investorlarda Konstitusiya, qanunlara və dövlətçiliyimizə inamsızlıq yaratmaq istəyən bəzi oliqarx məmurların yaratdığı belə durum tarixi sosial ədalət naminə vətəndaş müharibəsini qaçılmaz edir. Cənab Prezident özü dəfələrlə deyib ki, Dövlət olaraq ya biz Ulu Öndər Heydər Əliyevin Siyasətini davam etdirəcəyik, ya da məhvə doğru gedəcəyik.