Nəticələrə hədəflənmiş əməkdaşlıq

0
1679

Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Prezident cənab İlham Əliyevin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan türk dövlətləri təşkilatının fəaliyyətini daha da güclənməsi üçün davamlı addımlar atır.

Prezident cənab İlham Əliyevin Qırğızıstana səfəri böyük strateji əhəmiyyət daşıyır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr, verilən bəyanatlar, türk dünyasının birliyinə öz töhfələrin verəcək. Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı münasibətlərdir. Bu, iki ölkə arasında dostluq münasibətlərinin və iki qardaş xalqın təkcə siyasi, iqtisadi əməkdaşlıqda deyil, həm də mədəni humanitar əməkdaşlıqda tarixi əlaqələrinin parlaq nümunəsidir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini -Mayisə Xəlilova