“Açıq mikrofon” Yardımlıda quruldu

0
1177

Qanunla.Az xəbər verir ki, Yardımlıda keçirilən “Açıq mikrofon” aksiyasında səslənən müraciətlərin əksəriyyəti qazlaşdırma ilə bağlı olub. Belə ki, Əvəz Həsənov, Təzəxan Heydərov Arvana kəndinin növbəti mərhələdə qazlaşma planına daxil edilməsini xahiş ediblər. Ərus kəndinin qazlaşdırılmasını isə şəhid atası Vaqif Zeynalov öz çıxışında qeyd edib. “Səyyar qəbul otağı”nda səslənən digər müraciətlər qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Bütün müraciətlər dinlənildikdən sonra Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara ətraflı məlumat verilib.

image-img-20221014-wa0060 image-img-20221014-wa0061 image-img-20221014-wa0062 image-img-20221014-wa0063 image-img-20221014-wa0064 image-img-20221014-wa0065 image-img-20221014-wa0066 image-img-20221014-wa0067