Azərbaycan dünyanın yeni kommunikasiya xəritəsində vacib qovşağa çevrilir

0
2019

Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirib. Xüsusilə qeyd etmək lazımdır ki, aparılan uğurlu iqtisadi fəaliyyət nəticəsində 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 65 faiz artıb.

Prezident İlham Əliyevin təşəbbüsləri və rəhbərliyi altında Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bir sözlə, Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycanın beynəlxalq statusunun möhkəmləndiyinin şahidi oluruq. Hazırda müşahidə etdiyimiz siyasi proseslər isə onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti getdikcə daha da güclənəcək.

Xüsusi vurğulamaq lazımdır ki, hazırda Azərbaycan və Türkiyə türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsində strateji rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın praqmatik siyasəti məhz türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə yönəlib”.

Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imzalanan sənədlər, əldə olunan razılaşmalar əlaqələrin gələcək inkişafını istiqamətləndirir.

Prezident İlham Əliyevin Praqa səfərindən sonra məhz Qırğızıstana və Qazaxıstana səfərləri də türkdilli ölkələrlə əməkdaşlığın nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir.

Qırğızıstan və Qazaxıstan Ermənistanın da üzv olduğu KTMT-yə daxildir. Azərbaycanın Qırğızıstan və Qazaxıstanla yaxın əlaqələr qurması İrəvanın hərbi blok vasitəsilə Bakıya təzyiq imkanlarını neytrallaşdırılması baxımından çox əhəmiyyətli oldu, yaxın keçmişdə də bunun şahidi olduq.

“Digər bir tərəfdən isə Azərbaycan böyük enerji resurslarına malik Türkmənistan və Qazaxıstanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması baxımından önəmli rol oynaya bilər. Avropanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdəki enerji resurslarına ciddi ehtiyacının yaranması Azərbaycanın da daxil olduğu bu təşkilatın siyasi təsir imkanlarını daha da artırır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri