Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı

0
1507

Azərbaycan Ordusunun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25301 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Artıq Qarabağın bütün ərazisində olduğu kimi Füzulidə də bərpa işləri həyata keçirilməkdədir. Qarabağ və ətraf rayonlar işğaldan azad ediləndən sonra bölgədə abadlıq-quruculuq işləri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının salınması Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbədən sonra ən böyük uğur və ölkəmizin nəyə qadir olduğunun parlaq göstəricisidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov