“Açıq mikrofon” Ağsu sakinlərinin ixtiyarına verildi-FOTO

0
1008

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin regionlarda təşkil etdiyi “Açıq mikrofon” aksiyasının növbəti məkanı Ağsu rayonu olub.

Qanunla.Az xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 30 müraciət səsləndirilib. Minarə Hacıyeva, Fərman Vahidov və Mehman Əliyevin timsalında digər 2 müraciət fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsilə bağlı olub. Abonentlərdən Cərulla Abdullayev ona məxsus təsərrüfat sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Aksiyada səslənən müraciətlərdən 4-ü isə qapı keçidinin quraşdırılmasından ibarət olub. Görüşdə ünvanlanan müraciətlər Ağsu Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

image-img-20221017-wa0054 image-img-20221017-wa0055 image-img-20221017-wa0057 image-img-20221017-wa0056