“Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla 44-cü, ümumilikdə isə 176-cı görüş baş tutdu-FOTO

0
1197

“Artıq bir ildən çoxdur ki, daha dəqiq desək ötən ilin avqust ayının 4-dən etibarən böyük bir yola çıxdıq. Bütün regionlarda “Səyyar qəbul otağı” quruldu. Məqsədimiz sizin qaz təsərrüfatına dair üzləşdiyiniz çətinlikləri yerlərdə dinləmək və yardımçı olmaqdan ibarətdir. Bu gün də ümumilikdə 176-cı, sahibkarlarla isə 44-cü dəfə baş tutan görüşdə sizləri dinləmək üçün burdayıq.”

Qanunla.Az xəbər verir ki,bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Samux rayonunda baş tutan “Açıq mikrofon” aksiyasında bildirib. Aksiyaya üz tutan sahibkar Əhməd Abdullayev baş direktorun müavininə müraciət edərək istehlak etdiyi təbii qaza görə yaranan debitor borcu ödəmək üçün hissə-hissə ödəniş etməsinə şərait yaradılmasını və istixanada qazın açılışının təmin olunmasını xahiş edib. Digər sahibkarlıq subyekti Samir Salmanov isə mövsümün sonunadək güzəşt olunması ilə bağlı çıxış edib. Aksiyanın imkanlarından sahibkarlarla yanaşı, sakinlər də yararlanıblar. Vətəndaşlar qaz xəttinin yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilişi, fərdi yaşayış evinə əlavə sayğacın quraşdırılması ilə bağlı müraciət ediblər. Baş direktorun Satış üzrə müavini Rəşad Cavadov istər sahibkarların, istərsə də sakinlərin suallarını cavablandıraraq daxil olan müraciətlərin SOCAR “Azəriqaz” İB-nin rəhbərinə təqdim olunacağını vurğulayıb. Birlik rəsmisi ötən il ilə müqayisədə müraciətlərin azaldığını da qeyd edərək bundan sonra da sahibkarlara lazımi dəstəyin veriləcəyini və bu görüşlərin mütəmadi olaraq təşkil olunacağını deyib.

Məlumat üçün bildirək ki, görüşdə Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbər şəxsləri də iştirak ediblər.

image-img-20221019-wa0039 image-img-20221019-wa0040 image-img-20221019-wa0042 image-img-20221019-wa0041 image-img-20221019-wa0044 image-img-20221019-wa0043