Qobustanda 20-yə yaxın müraciət “Açıq mikrofon”da səsləndirildi-VİDEO

0
899

“Payız-qış mövsümünə hazırlıq məqsədilə Qobustanda işlər davam edir. Hazırda rayonun Təsi kəndinin qazlaşdırma prosesi yekunlaşmaq üzrədir”.

Qanunla.Az xəbər verir ki, bunu Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Beybudov “Açıq mikrofon” aksiyasında çıxışı zamanı bildirib.

“Səyyar qəbul otağı”nda 20-yə yaxın müraciət səsləndirilib. Bədəlli kənd icra nümayəndəsi sakinlərin adından çıxış edərək həmin ərazidə salınan yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş edib. Qobustan rayon sakini Sahib Məmmədov qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Digər müraciətlər arasında qapı keçidinin quraşdırılması, fərdi yaşayış evlərinin qaz sayğacı ilə təchiz olunması və küçə qaz xəttinin çəkilməsi kimi məsələlər yer alıb. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.