Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir

0
1956

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva oktyabrın 19-da Zəngilan rayonuna səfərləri zamanı işğaldan azad edilmiş ərazilərimizdə Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilmiş ikinci beynəlxalq aeroportda – Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular. Hava limanının istifadəyə verilməsi Zəngilanda və ətraf bölgədə yenidənqurma və bərpa işlərinin daha da sürətlənməsinə, bölgənin iqtisadi və turizm potensialının inkişafına böyük töhfə verəcək. Eləcə də, Zəngilan sakinləri paytaxt Bakı və digər bölgələrimizə təyyarə vasitəsilə də səfər edə biləcəklər.

Zəngilanda beynəlxalq hava limanının inşası Prezident cənab İlham Əliyevin  Vətən müharibəsində qazandığımız böyük zəfərin nəticələrinin beynəlxalq səviyyədə tanınması və möhkəmlənməsi strategiyasının tərkib hissəsidir. Məhz bu baxımdan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilanın işğaldan azad edilməsinin 2-ci ildönümündə bu bölgəyə səfər etməsi, təyyarəsinin Zəngilan Beynəlxalq Hava Limanına eniş etməsi və Prezident cənab İlham Əliyevlə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməsi olduqca mühüm hadisədir.

 

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru