Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

0
1898

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Prezident İlham Əliyevin bu yaxınlarda səfəri zamanı  Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur.

Həmçinin Qubadlı rayonun çox guşələri yaşıl tu­rizm üçün əhəmiyyətlidir. Bərgüşad çayı boyunca Gorus rayonuna qədər kəndlər meşəlik zonada yerləşir. Seytas, Qayalı, Qədili, Təmir Müskanlı, Eyvazlı kəndlərinin əsrarəngiz mənzərələri var. Kənd yaşıl turizm həvəskarlarının bu yerlərə səyahətini təşkil etmək çox faydalı olacaq. Qubadlıda meşə zonalarının, çayların mövcudluğu çadır turiz­minin inkişafına da imkan yara­dacaq. Eyni zamanda, burada to­xunan xalçaları, ipək məhsullarını da turistlərə hədiyyə etməklə onlarda rayon haqqında təsəvvürü genişləndirmək mümkündür. Ölkəmizdə  turizmin inkişafına göstərilən qayğı nəticəsində Qubadlıda da turizm sahəsi inkişaf edəcək, bu rayon turistlərin ən çox səyahət etdiyi bölgələrdən birinə çevriləcək.

 

Nuray Kərimli  –Zərdab şəhər sakini,  fəal gənc