Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı

0
1586

Müharibə nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin fəal şəkildə məskunlaşması təxminən 30 illik işğal dövründə də davam etmişdir. 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini elan etdikdən sonra ölkə əhalisinin sayının sürətlə azaldığı halda, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında əhalinin sayı süni şəkildə artırdı. İşğal olunmuş ərazilərdə yerli əhalinin yerinə üçüncü ölkələrdən ermənilər gətirilirdi. Bununla belə, 2015-ci ilə olan məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində əhalinin sayı qeyri-qanuni olaraq buraya köçürülən sakinlərin hesabına art artıb. Köçürülənlərin əksəriyyəti – Laçında, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda və Qubadlıda məskunlaşdırılmışdı. Köçürülənlərin əksəriyyəti Suriyadan, eləcə də Livandan  etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması  kütləvi olmuşdur. Onların 2002-2018-ci illəri əhatə edən dövrdə əvvəllər işğal olunmuş Qubadlı rayonunun Xanlıq kəndində yerləşən yeni yaşayış və emal sahələrinin sayının sürətlə artdığını göstərən o dövrə aid fotoşəkillər də vardır. Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.

Həmçinin 2020-ci ilin payızında İkinci Qarabağ – Vətən müharibəsi zamanı fəal məskunlaşdırma fəaliyyəti zəngin iqtisadi imkanları, o cümlədən su ehtiyatları, faydalı qazıntılar və enerji və kənd təsərrüfatı potensialı ilə Ermənistanın məskunlaşdırma siyasətində “prioritet” statusuna malik olan və əvvəllər işğal altında olan Zəngilan, Laçın və Kəlbəcər rayonlarında qeyri-qanuni məskunlaşdırılmış əhalinin sayı xeyli yüksək olduğu məlum oldu.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfərlə ermənilərin və onun havadarlarının bu məkirli siyasətini məhv etdik.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim