Zərdabda şəhid Faiq Vəlizadənin ildönümü qeyd olundu FOTO-VİDEO

0
2022

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Zərdab rayon Alıcanlı kənd sakini Vəlizadə Faiq Bayraməli oğlunun 24.10.2022-il tarixində şəhadətə yüksəlməsinin 2-ci ildönümü qeyd olunub.

Qanunla.Az xəbər verir ki,şəhidin il dönümündə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gənclər və idman idarəsinin rəisi, Gənclər evi direktoru, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət olunub, onun əziz xatirəsi ehtiramla anılıb,  ruhuna dualar oxunub, anasına və qohumlarına  başsağlığı verilib.

Daha sonra sonra şəhidin xatirəsinə ucaldılmış bulağın açılışı olub.İcra başçısı Mərdan Camalzadə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən  müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi.

Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Millət vəkili Jalə Əliyeva “Vətən müharibəsində” qazanılan qələbələrdən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini bildirib.O,vurğulayıb ki, “Vətən müharibəsi” zamanı Milli Ordumuzun hərbiçiləri qəhrəmanlıq və şücaət göstərərək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbəni bəxş etdilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanır.

Həmçinin tədbirdə şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlığını bildirib.

Vüqar Rəhimov

image-312722853_2408828695941363_719678259945960062_nimage-312912124_2408828769274689_1145076192968158116_nimage-312915803_2408828879274678_5011403303224493502_nimage-312888633_2408828992608000_2381693743661728889_nimage-312902561_2408829032607996_1935009852415765518_nimage-312929754_2408829079274658_2113826733976644318_nimage-312812000_2408829199274646_7768803325532519996_nimage-312889019_2408829679274598_6807947975045042127_nimage-312803048_2408829725941260_5874731997919388343_nimage-312870066_2408829769274589_7327062695284555987_nimage-312572604_2408829802607919_4028148979688632978_nimage-312874645_2408829832607916_5151538057507341142_nimage-312935040_2408829882607911_905841590313064319_nimage-312902272_2408830095941223_5450041613049584976_nimage-312973490_2408830245941208_8729995345062804612_nimage-306225200_2408830269274539_3453499025737015894_nimage-312902544_2408830322607867_8329381550463527282_nimage-312872235_2408830355941197_8355728298470498706_nimage-312919730_2408830395941193_1812909997039315731_nimage-312869032_2408830569274509_3425765585136035627_nimage-312924835_2408830602607839_834705114499430374_nimage-312722504_2408830665941166_8467237484091666942_nimage-312908982_2408830785941154_7446118662801696520_n