Şəmkirdə keçirilən “Açıq mikrofon” aksiyasında 8 müraciət ünvanlandı-FOTO

0
979

“Qasımalılar kəndində  bəzi hallarda qazın təzyiqi aşağı olur. Xahiş edirik təzyiqin tənzimlənməsində köməklik edəsiniz. Digər bir müraciətim isə fərdi yaşayış evimdə qapı keçidinin quraşdırılmasından ibarətdir”.

Qanunla.Az xəbər verir ki, bu fikirlər Şəmkir rayonunda baş tutan “Səyyar qəbul otağı”nda Bayram Musayevin səsləndirdiyi müraciətdə yer alıb. Aksiyaya üz tutan şəhid atası Eldar Həsənov qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Müraciətlərdən 3-ü isə fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasından ibarət olub.

“Açıq mikrofon” aksiyasında çıxış edən SOCAR “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Elman Qənbərov problem və təkliflərini mikrofona açıq şəkildə deyən vətəndaşların müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd edib.

image-img-20221026-wa0010 image-img-20221026-wa0011 image-img-20221026-wa0012 image-img-20221026-wa0013