“Səyyar qəbul otağı” həftəlik işini Ağstafada yekunlaşdırdı-FOTO

0
1384

“Açıq mikrofon” aksiyası çərçivəsində Ağstafa rayonunda keçirilən görüşdə ümumilikdə 12 müraciət səsləndirilib.

Qanunla.Az xəbər verir ki, müraciətçilərdən Məleykə Osmanova, Novruz Xudiyev, Aqil Qəhrəmanov və Vahidə Hüseynova fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının əvvəldən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini istəyiblər. İlqar Əzimov və Fazil Əliyev qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər. Sona Qasımova, Səkinə Rzayeva, Elçin Məhərrəmov və Ralis Abdullayevin müraciətləri isə yeni yaşayış massivinin qazlaşdırılmasından ibarət olub. Hər bir müraciət Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

image-img-20221028-wa0028 image-img-20221028-wa0026 image-img-20221028-wa0027 image-img-20221028-wa0025