“Səyyar qəbul otağı” Gəncə sakinlərinin ixtiyarında oldu-FOTO

0
1189

“Bu gün təşkil olunan görüş “Açıq mikrofon” aksiyası çərçivəsində 185-ci görüşümüzdür. Qaz təsərrüfatına dair üzləşdiyiniz çətinlikləri dinləmək üçün “Səyyar qəbul otağı” sizin ixtiyarınızdadır.”

Qanunla.Az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsinin rəisi Taleh Şamradov bildirib. Aksiyaya üz tutan 20-dək vətəndaş onları narahat edən məsələlərdən söz açıblar. Avtozavod qəsəbəsində yaşayan Aynurə Əliyeva, Məhsəti qəsəbə sakini Samirə Cabbarova, aksiyaya şəhərin Azərbaycan küçəsindən üz tutan Şəfiqə Musayeva və Sevinc Verdiyeva yaşadıqları ərazidə küçə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər. Gəncə şəhər sakinləri Mətanət Qudenko, Gövhər Quliyeva, Xosrov Məmmədov və Svetlana Abbasova isə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini xahiş ediblər. Şəhər sakini Kamil Qasımov isə ünvanladığı müraciətin qısa müddət ərzində həllini tapdığını bildirərək, SOCAR rəhbərliyinə təşəkkür edib. Ünvanlanan bütün müraciətlər Regional İdarənin rəhbərliyi tərəfindən qeydiyyata alınıb və aksiya iştirakçılarına lazımi izahatlar verilib.

image-img-20221101-wa0014 image-img-20221101-wa0016 image-img-20221101-wa0015 image-img-20221101-wa0019 image-img-20221101-wa0018 image-img-20221101-wa0017